Rusiya S-500-ləri orduya verir

Rusiya ordusu 2020-ci ildə S-500 zenit raket sistemləri alacaq.
 
Bunu jurnalistlərə açıqlamasında Rusiyanın “Almaz-Antey” konserninin direktor müavini Vyaçeslav Dzirkaln söyləyib. O, S-500-ün artıq sınaqlardan uğurla keçdiyini bildirib.
Qeyd edək ki, S-500 Rusiyanın ən müasir zenit raket kompleksləri sayılır. Bu kompleks 600 kilometr məsafədəki bütün hədəfləri yox etməyə qadirdir. S-500-lər həmçinin eyni anda səsdən sürətli olan 10 raketin qarşısını almaq gücündədir.