​Rusiya: S-500 ABŞ-ın hücumunun qarşısını alacaq

S-500 raket əleyhinə müdafiə sistemlərinin sayəsində Rusiyanın üzərində ABŞ-ın ani qlobal hücum konsepsiyasını həyata keçirməsi mümkün olmayacaq.
Muxalifet.az xəbər verir ki, bunu "Milli Müdafiə" ("Natsionalnaya Oborona") jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
"Rusiya prezidentinin fərmanı ilə hava-kosmik müdafiə sistemi yaradılır. Ölkə torpaqlarının müdafiə altına alınması tamamilə müdafiə məqsədli bir vəzifədir. S-500 hava və raket müdafiə sistemləri də hava-kosmik müdafiə sisteminin bir hissəsidir. İlk sistem 2020-ci ildə hazır olacaq, sonra seriya istehsala keçiləcək. S-500-lər eyni zamanda strateji raket müdafiə imkanlarına malikdir. Biz Rusiyanın üzərini amerikalılara ani qlobal hücum konsepsiyalarını həyata keçirməyə icazə verməyəcək bir günbəzlə örtəcəyik", - Korotçenko söyləyib.