Rusiya "S-400"-ü neçəyə satmaq istəyir?

 Rusiyanın Türkiyəyə satmaq istədiyi “S-400”ün qiyməti məlum olub

Rusiya “S-400” zenit-raket qurğusunu Türkiyəyə 500 milyon dollar satın almağı təklif edib.
RBK xəbər verir ki, bu məlumatı Rusiyanın Müdafiə Nazirliyinə yaxın mənbə təsdiqləyib.
İnformasiyaya əsasən, mayın 3-də Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə “S-400”ə dair məsələni müzakirə edib.
Qeyd edək ki, 2007-ci ildə Rusiya və İran “S-300” raket kompleksi ilə bağlı müqaviləni 900 milyon dollara imzalayıb.