Rusiya S-400-ləri Türkiyəyə göndərir – Müqavilə

Türkiyə ilə Rusiya arasında S-400-lərlə bağlı yekun razılaşma imzalanıb.
 
Bu barədə informasiyanı “Yeni Şəfəq” qəzeti yayıb. Qəzet müqavilə çərçivəsində Türkiyəyə ilk mərhələdə Rusiyadan 2 ədəd S-400-ün gələcəyini bildirib. Onlardan biri Suriya və İrandan gələcək təhdidlərə qarşı şərq bölgəsinə, digəri isə Yunanıstan təhdidinə qarşı qərbə yerləşdiriləcək.