​Rusiya qırıcıları havaya qalxdı — İŞİD-ə ağır zərbə

Noyabrın 25-də Rusiya hərbi qüvvələri Suriyanı yenidən bombalayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, noyabrın Rusiya hərbi qüvvələri Suriyanı bombalayıb. Rusiyanın 6 “TU-22М3” bombardımançı təyyarəsi Suriyada İŞİD terrorçularının gizləndiyi məntəqələri bombalayıb.
“Noyabrın 25-də Rusiyanın 6 “TU-22М3” bombardımançı təyyarəsi Suriyada İŞİD terrorçularının gizləndiyi məntəqələri bombalayıb. “TU-22М3” bombardmançı təyyarələrini “SU-30SM” və “SU-35S” qırıcıları da müşayət ediblər. Bombardımandan sonra terrorçuların gizlənə biləcək əraziləri qırıcılar tərəfindən atəşə məruz qalıb. Hədəf nöqtələri kimi terrorçuların dayaq məntəqələri, canlı qüvvə və zirehli texnikasının toplandığı yerlər götürülüb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Rusiya Suriyada bu günə qədər 360 hərbi əməliyyat həyata keçirib. Nəticədə minlərlə terrorçu öldürülüb, 650 obyekt dağıdılıb. Bu da Suriyada terrorçuların 90 faizi deməkdir.