"Rusiya Qarabağ münaqişəsinin qısa zamanda həllində maraqlıdır" - ZAXAROVA

Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər qısa zamanda həll olunmasında maraqlıdır.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
XİN rəsmisi qeyd edib: "Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu Rusiya üçün prioritetdir. Biz münaqişənin həll olunmasını çox istəyirik və nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır".