Rusiya qanadlı raketləri min km-dən tutacaq

Baxış sayı: 49

Rusiya Müdafiə Nazirliyi “Voronej-VP” unikal radiolakasiya sistemi vasitəsilə qanadlı raketləri min kilometrdən görə bilmək üçün imkanlarını genişləndirir.
Muxalifet.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb. Qeyd edilir ki, adi radarlar belə raketləri yalnız bir neçə onkilometrdən görə bilir.
“Voronej-VP” hədəfi müəyyənləşdirən kimi onların məhv edilməsi üçün koordinatları S-300 və S-400-ə (perspektivdə isə S-500-ə) ötürəcək.
RLS-in modernizasiyası üçün yalnız əlavə atennalar və bir neçə yeni modul lazımdır.
Hazırda “Voronej” tipli RLS sisteminin bütün Rusiya ərazisini əhatə etdiyi də qeyd edilib.