Rusiya qaçaq baş nazirlə danışıqlara başladı

Rusiya Ər-Riyaddakı Səfirliyi vasitəsilə Livan Baş naziri Saad Həriri ilə əlaqə qurur. 
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. 
“Həriri indiyə qədər Səudiyyə Ərəbistanındadır. O, xarici ölkə nümayəndələri, o cümlədən bizim səfirliklə də görüşlər keçirir”, – deyə o bildirib. 
Qeyd edək ki, Həriri Ər-Riyada səfəri zamanı istefa verdiyini açıqlamışdı. O, bu addımı İranın ona qarşı sui-qəsd təşkil etmək istədiyinə görə atdığını bildirmişdi. Lakin sonradan Həriri fikrini dəyişərək ölkəyə geri dönəcəyini və vəzifəsini icra edəcəyini bildirib.