​Rusiya prezidenti: SSRİ-nin çöküşünə əngəl olmaq istərdim

Baxış sayı:
1939

Rusiya prezidenti Vladimir Putin müasir Rusiya tarixində yaşanmış bir hadisəni dəyişdirmək imkanı olsaydı, SSRİ-nin çöküşünü əngəlləmək istəyəcəyini açıqlayıb.
Muxaliffet.az xəbər verir ki, 18 mart seçkilərindən öncə Kalininqradda seçiciləri ilə görüşən Rusiya lideri maraqlı açıqlamaları ilə yadda qalıb.
“Reuters”in xəbərinə görə, nüvə silahları ilə bağlı açıqlamalarından sonra Rusiya tarixində dəyişmək istəyəcəyi hadisə barədə suala cavab verib.
Xatırladaq ki, Putin 2005-ci ildə verdiyi bir reportajda SSRİ-nin süqutunu “dünyanın əm böyük geosiyasi fəlakəti” adlandırmışdı.