Rusiya “Ovçu” adlı görünməz PUA sınaqdan keçirdi

Baxış sayı:
18609

Muxalifet.az  inosmi.ru-ya istinadla bildirir ki, Rusiya şirkəti "Suxoy"  radarlar üçün əlçatmaz olan  S-70 pilotsuz təyyarələrin  istehsalını intensivləşdirir. "Ovçu" pilotsuz təyyarəsinin yaradılması on ilə yaxındır davam edir, onun dizaynı cihazı radarlardan qaçırır.
Bu təyyarələrin istehsalına hələ  2011-ci ildə Rusiya Müdafiə Nazirliyi  kompaniyanın qarşısında  casus təyyarələrin  istehsalı məsələsini qaldıranda başladı. Pilotsuz  uçuş aparatlarının ilk modellərinin yaranması  və ilk uğurlu sınaqları 2014-cü ilə təsadüf edir, müstəqil uçuş edə bilən  ilk model isə 2017-ci ilin iyununda ərsəyə gətirilmişdir.
Avtomatik idarə olunan və saatda 200 kilometr sürətə çata  bilən  uçan aparat 2018-ci ildə ilk üçüş  sınağından  keçirildi.
Bu ilin may ayında  Həştərxan vilayətinin Axtubinsk şəhərində  Çkalov adına uçuş-sınaq mərkəzində  təyyarələr  20 dəqiqə ərzində 600 metr yüksəklikdə sınaq uçuşları etdi.