Rusiya ordusunda koronavirus sürətlə yayılır - ARTIQ 2500 HƏRBÇİ...

Baxış sayı:
2076

Rusiya ordusunda və hərbi təhsil müəssisələrində təxminən 2500 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

"RİA Novosti" bildirir ki, məlumat Rusiya Müdafiə Nazirliyinin bülletenindən götürülüb.

Məlumata əsasən, mart ayından mayın 3-dək keçirilən ümumi test yoxlamaları nəticəsində Rusiya Silahlı Qüvvələrində 1 254,  hərbi təhsil müəssisələrində isə 1 228 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 344 nəfər Rusiya Müdafiə Nazirliyinin hospitallarında, 375 nəfər xidmət yeri üzrə izolyatorlarda, 13 nəfər mülki səhiyyə sisteminin müəssisələrində müalicə keçirlər; 522 nəfər evdə təcrid edilib, 157 nəfər sağalıb (göstərilən müddət ərzində).

Xatırladaq ki, Rusiya dünyada koronavirusa yoluxanların sayı üzrə yeddinci yerdədir. Ölkədə son bir gün ərzində 10 663 yeni yoluxma qeydə alınıb. Bununla da COVID-19 diaqnozunun qoyulduğu xəstələrin sayı 134 687 nəfərə çatıb, onlardan 16 mindən çoxu sağalıb. Xəstəlikdən 1 280 insan ölüb./Virtualaz.org