Rusiya ordusu mövqelərini "İslam Dövləti"ndən geri alınan bölgədə qurub

Suriyanın şərqində, Der Əl-Zur vilayətindəki Birləşmiş Ştatların dəstəklədiyi qüvvələrin bildirdiyinə görə, Rusiya ordusu mövqelərini bu yaxınlarda İslam Dövlətinin nəzarətindən geri alınan bölgədə qurub.
Suriya Demokratik Qüvvələri Rusiya hərbi qüvvələrinin bazar ertəsi "İslam Dövləti"nin əlindən geri alınan Conoko neft yatağına hücum edərək, onların əsgərindən birini öldürdüklərini, ikisini yaraladıqlarını bildirib.
Rusiya bu məlumatı təkzib edib.
Bu ayın əvvəlində də Pentaqon Rusiyanı Suriya Demokratik Qüvvələri və koalisiya məsləhətçilərinin Fırat çayının şərq bölgəsindəki mövqelərini bombalamaqda ittiham etmişdi.
Rusiya qırıcı təyyarələrinin koalisiya qüvvələrinə xəsarət vermədiyini desə də, Suriya qüvvələri bombardman zamanı 6 döyüşçüsünün yaralandığını bildirmişdi.