​Rusiya ordusu 100 ilin topunu sınaqdan keçirdi

Baxış sayı:
1540

Rusiya hərbçiləri Severomorsk şəhəri yaxınlığında 1914-cü ilə aid olan Tarnovsk-Lender 76 millimetrlik zenit toplarını uğurla sınaqdan keçiriblər.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Zvezda" televiziyası yayıb. Televiziya bu silahın Rusiyada hava hədəflərinə atəş aça bilən ilk zenit qurğu olduğunu və onun Moskvadakı zavodların birində yenidən yığıldığını bildirib.
Qeyd edək ki, bu silah ilk dəfə 2017-ci ildə Rusiya Müdafiə Nazirliyinin Şimal donanmasının hərbi təlimi zamanı aşkarlanıb. Bundan sonra silah bərpa edilməsi üçün Rusiya Müdafiə Nazirliyinin mütəxəssislərinə verilib.