​Rusiya orduda dövlət sirlərini belə qoruyacaq

Baxış sayı:
8326

Rusiya Müdafiə Nazirliyi dövlət sirlərinin qorunması məqsədilə ordunun bütün mərhələlərində internetdə məcburi davranış dərsinin keçirilməsini təşkil edəcək.
Muxalifet.az xəbər verir ki, məcburi keçiriləcək dərslər gələn ildən baş tutacaq.
Rus ordusunun bütün nümayəndələrinin iştirak edəcəyi dərslərdə internetdə paylaşılan məqamlar, sosial medianın etibarlı bir şəkildə necə istifadə ediləcəyi, əcnəbilərə hansı məlumatların veriləcəyi və ya verilməyəcəyi barədə təhsil veriləcək.