Rusiya Olimpiadadan İMTİNA EDİR

Rusiya 2018-ci il Olimpiadasını boykot edə bilər. Bu fikri Rusiyanın Olimpiya çempionu, Dövlət Dumanın deputatı Svetlana Jurova səsləndirib.
Muxalifət.az xəbər verir ki, rusiyalı idmançı Beynəlxalq Olimpiya Komitəsinin Pxenyaynda keçiriləcək qış olimpiadasının açılışında iştirak etməsinə icazə verməyəcəyini ehtimal edir. Eləcə də, ölkənin himninin səslənməsinə yasaq qoyula biləcəyini də istisna etmir: “Hələlik bu haqda rəsmi sənəd yoxdur. Onlar bizim reaksiyamızı yoxlamağa çalışırlar. Rəsmi açıqlamanı gözləmək lazımdır. Əgər belə bir qərar qəbul edilsə, təbii ki, ölkəmiz bu tədbirdə iştirakdan imtina edəcək”.
Xatırladaq ki, Amerika mətbuatı idmanındakı dopinq qalmaqalına görə Olimpiya oyunlarında Rusiyanın himninin səslənməsinə icazə verilməyəcəyini yazmışdı.