​Rusiya nüvə silahını yeniləyir: TƏCİLİ TƏDBİRLƏR… - Stoltenberq

Baxış sayı:
2365

Rusiya nüvə silahlarını modernləşdirir, buna görə də NATO nüvə müqavimətini gücləndirməlidir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Soyuq müharibənin bitməsindən sonra nüvə müqavimətinin az əhəmiyyətli olacağını düşünürdük, ancaq əslində daha vacib məsələyə çevrildi. Rusiya kimi köhnə nüvə gücləri nüvə imkanlarını modernləşdirir və bununla bağlı olaraq NATO-nun etibarlı və güclü müqavimətini qoruyub saxlaması lazımdır. Əlbəttə ki, nüvə qüvvələri bütün müttəfiqlər üçün etibarlı müqavimətin tərkib hissəsidir”, - Stoltenberq bildirib.