Rusiya nümayəndəsi BMT-də qızlarla mahnı oxudu

Baxış sayı:
7348

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT-də mahnı oxuyub.
RİA Novosti xəbər verir ki, diplomat “Qələbə mahnıları” layihəsi haqqında filmin təqdimatı zamanı ifaçılıq bacarığını nümayiş etdirmək qərarına gəlib.
Bildirilir ki, Nebenzya mahnını “Soprano” art-qrupunun qadın solistləri ilə birlikdə oxuyub və rəqs edib.
Nebenzya “Qələbə mahnıları” layihəsini sərhədsiz mədəni diplomatiya adlandırıb.