​Rusiya neft hasilatını REKORD HƏDDƏ ÇATDIRDI

Baxış sayı:
184

Muxalifet.az xəbər verir ki, OPEK təşkilatının hesabatına görə, Rusiya neft hasilatını rekord həddə çatdırıb.
Hesabatda deyilir: “İlkin qiymətləndirilməyə görə, Rusiya oktyabr ayında əvvəlki ayla müayisədə neft hasilatını sutkada 50 min barrel artırmaqla, ortalama sutkada 11,6 milyon barrelə çatdıraraq, yeni postsovet rekord əldə edib”.
OPEK 2019-cu ildə neftə sutkalıq tələbat proqnozunu 70 min barrel azaldaraq təqribən 1,29 milyon barrel qədərində müəyyənləşdirib. Qlobal miqyasda bu, dünya iqtisdiyyatının inkişafının qeyri-müəyyənliyi ilə izah edilir. OPEK-in təxmini hesablamalarına görə, gələn il neftə orta illik tələbat sutkada 100,08 milyon barrel olacaqdır.