​Rusiya NATO-nun yaxınlaşmasından narahatdır – KREML HƏDƏ İLƏ DANIŞIR

Baxış sayı:
241

Muxalifet.az xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedyev "Вечерние новости" qəzetinə müsahibəsində bundan sonra da ölkəsinin NATO bazalarının  öz sərhədləri yaxınlığında yerləşdirilməsinə cavab verəcyini deyib.
Medvedyevin sözlərinə görə, Rusiya da, digər ölkələr kimi, öz təhlükəsizliyinin təmin edilməsində maraqlıdır.
"Biz böyük ölkəyik, nüvə ölkəsiyik və bilavasitə ətrafımızın  NATO bazaları ilə doldurulması  arzusu bizdə müsbət emosiyalar yarada bilməz", - deyə baş nazir bildirib.
O vurğulayıb ki, Rusiya bu addımlara cavab verəcək, həm siyasi, həm də hərbi mənada.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin də oxşar bəyanat verib. O, NATO-nun ABŞ-ın xarici siyasət aləti adlandırıb, həmçinin alyansın infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşmasının Moskvada "heç bir sevinc hissi "yaratmadığını qeyd edib.
Muxalifet.az