Rusiya NATO-nun təliminə müdaxilə edib

Baxış sayı:
217

Finlandiya, NATO-nun 25 oktyabr ilə 7 noyabr arasında həyata keçirdiyi təlimə Rusiyanın müdaxilə etdiyini iddia edib.
 
Finlandiyanın Müdafiə Nazirliyi, NATO-nun Norveç, Finlandiya və İsveçdə 25 oktyabr ilə 7 noyabr tarixləri arasında həyata keçirdiyi “Trident Juncture” təlimi zamanı Rusiyanın GPS sisteminə müdaxilə etdiyini iddia edib.
Finlandiya Xarici İşlər Nazirliyindən edilən açıqlamada, "Siqnallara birbaşa müdaxilə Rusiya ərazilərindən gəldi. Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı bir hesabatı Finlandiya parlamentinin beynəlxalq əlaqələr komitəsinə verib. Rəsmilər məsələni aydınlaşdırmağa davam edir" deyilib.
Bu açıqlamadan 2 gün əvvəl Norveç Müdafiə Nazirliyi də bəyanat verərək təlim zamanı Rusiyanın GPS siqnallarını pozduğunu irəli sürmüşdü. Finlandiya Xarici İşlər Nazirliyi, Norveçin iddiasının arxasında dayanaraq, "Norveçə bu məsələdə inanırıq" deyib.
 
Rusyanın hadisə ilə əlaqəsi yoxdur
 
Hərbi təlim zamanı GPS sistemlərinə müdaxilə iddialarına Rusiya tərəfindən cavab gecikməyib. Kremlin sözçüsü Dmitri Peskov, NATO təlimləri zamanı GPS sistemlərində baş verən problemlərdən xəbərsiz olduqlarını və Rusiyanın bu çatışmazlıqlarla bir əlaqəsinin olmadığını deyib.
Müxalifət.az