​Rusiya NATO-nun Azova girişinə imkan vermədi

Baxış sayı:
193

Ukrayna və NATO Azov dənizində təlim keçirə bilməz.
Bunu “RT Frans”a müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, təlimin keçirilməsi üçün mütləq Rusiyanın razılığı lazımdır:
“NATO-nun Rusiya sərhədində fəaliyyəti provokativ xarakter daşıyır. Ukrayna indi Azov dənizində təlim keçirtmək istəyir, amma buraya artıq keçmək mümkün deyil. Ukrayna ilə olan razılığımız Azov dənizinə gəmilərin keçməsi üçün qarşılıqlı razılaşmanın olmasını tələb edir”.