​Rusiya NATO-nu bu silahla MƏHV EDƏCƏK: DƏHŞƏTLİ SSENARİ

Baxış sayı:
8599

Rusiya istehsalı olan “Qiyamət günü” torpedoları adlandırılan “Poseydon” piltosuz sualtı aparatlarının ana məqsədi NATO-nu dağıtmaqdır.
Bunu Amerikanın maliyyə və biznes nəşri “Business Insider” yazıb.
Yazıda nüvə silahlarının bir şəhəri məhv etmək potensialına sahib olduğu, ancaq yeni rus torpedalarının bir qitəni tamamilə silə biləcək gücə malik olduğu vurğulanıb. İddia edilib ki, bu potensial NATO-nu məhv etmək üçün istifadə ediləcək.
Dərgiyə açıqlama verən mütəxəssislər Rusiyanın NATO-nu dağıdarkən “Poseydon”ları təhlükəsizlik sığortası olaraq istifadə edə biləcəyini bildiriblər: “Bu səbəbdən ABŞ NATO ölkəsi Estoniyanı Moskvanın pəncəsindən qurtarmağa kömək etməkdə tərəddüd edir. Çünki qarşısında dayana bilməyəcəyi bir torpedonun sahillərində onlarla il təsirini göstərəcək radiyasiya buraxması qorxusu ilə yaşayır”.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin ötən həftə verdiyi açıqlamada “Poseydon”un dərin sınaq mərhələlərinin sona çatdığını bildirmişdi. Putin pilotsuz sualtı aparatlardan ilk dəfə 31 mart 2018-ci ildə adı bəlli olmayan zamanlarda bəhs etmişdi. Federal Məclisdəki çıxışında nüvə başlıqları daşıya bilən pilotsuz sualtıların sınaqdan keçirildiyini bildirmişdi. Yeni gəminin dünyadakı bütün gəmilərin göstəricilərindən də böyük sürət potensialına sahib olduğunu, həmçinin qitələrarası məsafəni keçə bildiyini vurğulamışdı.
Qitələrarası mənzildə təyyarə gəmilərini və sahil infrastrukturunu məhv etmək potensialına sahib bənzərsiz sualtının marşrutu təsbit olunmur. Rusiyanın Baş qərargah rəisinin mətbuat katibi İqor Kasatonov nüvə motoruna sahib “Poseydon”un dəniz səviyyəsinin olduqca altına endiyini, yüksək sürət həddinə çatdığını və marşrutunun təxminedilməz olduğunu demişdi./Publika