​Rusiya: NATO 8 qonşumuzda mərkəz yaradıb

Baxış sayı:
5107

Avropada hərbi Şengenin yaradılması NATO-nun fəaliyyəti üçün yeni prioritet olub.
Muxalifət.az xəbər verir ki, bunu “Krasnaya Zvezda” qəzetinə müsahibəsində Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.
“Avropanın artıq müəyyən yerlərində hərbi qrupların operativ hərəkəti üçün müxtəlif silah ehtiyatı yaradılır. Əsas koordinasiya mərkəzləri isə Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan, Slovakiya, Litva, Latviya və Estoniya seçilib”, – deyə o bildirib.