Rusiya Münbiçdə “bufer” rolunu oynayacaq

Baxış sayı:
5695

Suriya ərazisindən ABŞ qoşunlarının çıxarılmasından və bölgənin YPG və İŞİD terrorçularından təmizlənməsindən sonra Türk Silahlı Qüvvələri (TSQ) və ASO qoşunlarının təhlükəsizlik və sülhün təmin edilməsi üçün xidmət etməsi gözlənilir. “Zeytun Budağı” hərəkatından sonra İdlibdə olduğu kimi, Rusiyanın da bölgədə xidmət etməyə hazır olduğu və rejim qüvvələri ilə Türk hərbi birləşmələri arasında hər hansı bir problemin qarşısını almaq üçün qalxan kimi çıxış edəcəkdir.
 
YPG-nin bölgəyə dəvət etdiyi Bəşər Əsəd rejimi əsgərlərinin Rusiyanın sözündən çıxmayacağı gerçəyi nəzərə alınsa, rejim ilə Türkiyə və ASO arasında ola biləcək bir qarşıdurma ehtimalı də zəifləmiş olacaq.
Trampın əsgərlərini Suriyadan çəkmə qərarında Türkiyənin təsirini yaxşı bilən Rusiyanın Əsəd rejimini də ola biləcək bir hücum mövzusunda xəbərdar edəcəyi bildirilib. Prezident Ərdoğan 14-15 yanvar tarixlərində Putin ilə Rusiyada görüşməyi planlaşdırır.
Müxalifət.az