​Rusiya Müdafiə Nazirliyinə MEYMUN LAZIMDIR

Rusiya Müdafiə Nazirliyinin elmi-tədqiqat institutu beş makaka almağa hazırlaşır.
Hurriyyet.az xəbər verir ki, ölkənin TASS informasiya agentliyinin dünən verdiyi məlumata görə, MN bundan əvvəl, yəni martın əvvəllərində isə 1,75 mln. rubla beş delfin əldə etmək niyyətində olduğunu bildirmişdi.
MN-nin elmi-tədqiqat institutlarından biri isə dövlət ticarəti saytında yerləşdirdiyi sənəddə tələb olunan beş makaka üçün 1,5 mln. rubla yaxın məbləğ ödəməyə hazır olduğunu bildirib.
Meymunların və delfinlərin Rusiya hərbi qüvvələrinə hansı məqsədlər üçün faydalı ola biləcəyi maraq doğurur.