Rusiya mətbuatı Ərdoğan-Putin görüşünün PƏRDƏ ARXASISINI YAZDI

Baxış sayı:
4429

Rusiya mətbuatı, prezident Vladimir Putin dünən Ankarada olarkən, prezident Tayyib Ərdoğanla keçirilən mətbuat konfransında S-400 müqaviləsinin imzalanacağını, ancaq bu fikirdən son anda imtina edildiyini yazıb. Rusiyanın “Kommersant” qəzetinin jurnalisti Andrey Kolesnikov, Putinin dünənki Suriya, Türkiyə və Misirlə əlaqələrini qiymətləndirib. Kolesnikov dünən Ankarada Putin-Ərdoğan mətbuat konfransı zamanı S-400 müqaviləsinin masaya gəldiyini, ancaq imzalamaqdan son anda imtina edildiyini yazıb. Xəbərdə bu ifadələrə yer verilib: ƏN UZUN MÜDDƏT ANKARAYA AYRILIB "Putinin ilk dayanacağı olan Suriyanın Hmeymim bazası səfəri mətbuata açıq deyildi. Görüşdə sadəcə, Kreml Sarayının operatoru və fotoqrafı iştirak edib. Görünür, təhlükəsizlik səbəbindən belə bir qərar qəbul olunub. Putinin Misir təmasları da gözləyəndən çox daha qısa sürüb. Misir prezidenti Abdülfəttah Sisi ilə görüşündən sonra mətbuat konfransı da keçirilməyib. Bu da o anlama gəlir ki, Putin, həqiqətən, dünənki səfər marafonunda ən uzun müddəti Ankaraya ayırıbmış. Üstəlik, Ankarada protokolu bəzən alt üst edən anlar yaşanıb. MASA GƏLDİ VƏ GETDİ İlk sürpriz, prezidentlər arasındakı ikitərəfli təmasın gözləyəndən qısa sürməsi idi. Rus heyəti, heyətlər arası görüşün tezliklə başlamayacağı düşüncəsində idi. Ancaq qısa müddətdə görüş zalına dəvət edilmələri heyətdə çaşqınlıq yaratdı. Qazpromun rəhbəri Aleksey Miller, erkən dəvət ediləcəklərini gözləmədiyi üçün salona qaça-qaça çatdı. Daha sonra Putin ilə Ərdoğanın mətbuata birgə bəyanat verəcəkləri salonda maraqlı anlar yaşandı. Vəzifəlilər nəhəng bir masanı tribunaya sürükləyərək çıxardı. Masanın yanına iki stul və qələm qoyuldu. Tərəflərin müqavilə imzalamağa hazırlaşdıqları sezilirdi. Lakin gözlənilən olmadı. Putin ilə Ərdoğanın kürsüyə çıxmalarına dəqiqələr qalmış, o böyük stol səhnədən endirildi. Rus nümayəndə heyətindən bir tanışımız, masanın S-400 müqaviləsinin imzalanması üçün gətirildiyini dedi.Daha sonra mətbuatdan heç bir sual olmadan bir mətbuat konfransında keçirildi ki, burada da Putin S-400 ilə bağlı son detalları özü dedi. S-400 sistemi ilə bağlı yekun imzanın yaxın gələcəkdə Rusiyanın Türk tərəfinə lazımi krediti açdıqdan sonra imzalanacağını söylədi. Beləliklə, Putinin ən dərin bazarlıqları Türkiyə ilə bağlanmış oldu. Dünən Putin, təyyarəni bir də Qüdsdə endirsəydi, bu tam olaraq Yaxın Şərq turu olacaqdı". Müxalifət.az