​Rusiya Mərkəzi Asiyaya 40 hərbi təyyarə yerləşdirdi

Rusiya Tacikistana 40 hərbi təyyarə və vertolyot göndərib.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Dairəsinin komandanının köməkçisi Yaroslav Roşupkin söyləyib. Onun sözlərinə görə, bu hərbi təyyarə və vertolyotlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının operativ reaksiya qüvvələrinin antiterror təlimi ilə əlaqədar Tacikistana gətirilib.
O, Tacikistana 6 Su-24M bombardmançısı, 6 Su-25CM qırıcısı, Mi-8AMTŞ Terminator və Mi-24 vertolyotlarının gətirildiyini bildirib./axar/