​Rusiya mənim prezident olmağımda... - Tramp

Rusiya mənim prezident seçilməyimdə maraqlı deyildi.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Rusiya tərəfi mənə yardım etməyəcəkdi. Güman edirəm ki, problemlərin hərbi yolla həllinin tərəfdarı olmağım səbəbindən Kreml məni prezident olaraq görmək istəməzdi”, - Ağ Ev rəhbəri bildirib.
Onun sözlərinə görə, neft qiymətlərinin enməsi Rusiyanın mənafeyinə xidmət etmir.