Rusiya meşələrini doğrayan 3 azərbaycanlı TUTULDU
17-11-2017 11:44

Rusiyanın İrkutsk vilayətinin, Çunski rayonunda üç azərbaycanlı saxlanılıb.
Muxalifət.az xəbər verir ki, İrkutsk vilayət prokurorluğunun yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxslər meşə ağaclarını qanunsuz kəsməkdə təqsirləndirilirlər. Onların dövlətə 1,6 milyon rubldan çox ziyan vurduğu qeyd olunub.
Məlum olub ki, həmin şəxslərdən biri daha əvvəl Rusiyadan deportasiya edilsə də, saxta sənəd düzəltdirərək, yenidən ölkəyə qayıdıb.
Qeyd edək ki, həmin şəxsləri ittiham olunduqları maddə ilə 7 ilədək həbs və 300-500 min rubl pul cəzası gözləyir./apa/