Rusiya KTMT-ni NATO-ya, AİB-ni AB-yə, özünü Avrasiya imperiyasına çevirə biləcəkmi?/ TƏHLİL

Baxış sayı:
2455

Son 20 ildə Rusiya Federasiyası Avrasiyada bir neçə nüfuzlu əməkdaşlıq təşkilatını yaratdı və inkişaf etdirdi. Bu təşkilatların fərqli vəzifələri var: KTMT təhlükəsizliyi təmin etməklə səciyyələnirsə, Avrasiya İqtisadi Birliyi iqtisadi əlaqələrin inkişafına, Moskvanın Çin ilə birlikdə yaratdığı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) siyasi sabitliyi möhkəmləndirmək məqsədi daşıyan ara mövqe tutur. Ekspertlər bəzən Moskvanın səylərinin sadəcə Avrasiya məkanını "yenidən sovetləşdirmək" olduğunu deyirlər yaxud hökumətlərarası bağları və dərin kök salmiş regional hökumətlərin müdafiəsinə yönəldikləri üçün onları şübhə altına aldılar. Rusiyanın əsl məqsədinin altında yatan səbəb praktiki ehtiyaclarıdır. Bu ehtiyaclar arasında postsovet məkanının üzləşdiyi təhlükəsizlik problemlərini, qloballaşmanın bölgə iqtisadiyyatına mənfi təsir göstərən problemlərini həll etmək ehtiyacını, həmçinin Sovet ittifaqının Soyuq Müharibə dövründəki rəqibi - Çin ilə daha sərt sərhəd yaratmaq istəyini göstərmək olar.
Beləliklə, bu qurumlar Rusiyanın Orta Asiyadakı çətin vəziyyətdən çıxmaq, həqiqi mənada "dunya gücü" statusunun bərpası üçün zəruri vasitələrə çevrildi.
Həmçinin xatırlatmaq lazımdır ki, 20 ildən sonra bütün bu qurumlar əsası qoyulduğu vaxtdan indiyə qədər xeyli inkişaf ediblər. Bu təkamül, onların Moskvanın praktik ehtiyaclarını ödəmək üçün effektivlik baxımından etdiyi islahatların nəticəsi idi. KTMT və EAEU-nun işləri qüsursuz olmasa da, bölgədə hərbi - iqtisadi əməkdaşlıq və koordinasiyanın gücləndirilməsində nəzərəçarpan uğurları var. Moskvanın ŞƏT-lə bağlı niyyətləri bəlli deyil və bu təşkilatın genişlənməsi çağırışları tənqid olunsa da, Moskva ümumiyyətlə son 20 ildə yaratdığı və ya kömək etdiyi hər bir inteqrasiya mexanizminin arxasında müəyyən məqsəd güdür.

Rusiyanın Avrasiyada təşkilatlar yaratmaq arzusunun altında həmişə regional və qlobal hərəkət səyləri yatır. Regional səviyyədə, Moskvanı, siyasi sabitlik pozulduğundan,xüsusilə Əfqanıstanda sezilən asayişin pisləşməsi narahat edirdi, çünki, Rusiya bunu post-Sovet məkanının "məhv edilməsi" kimi qəbul edir, həm də Tacikistanda vətəndaş müharibəsi, keçmiş sovet respublikaları arasında toqquşmalar çox narahat edirdi. Terrorçuluq və narkotik qaçaqmalçılığı kimi qeyri-ənənəvi təhdidlərin artması Kremldə xüsusilə narahatlıq doğurur. Bu "dağılma"ya, postsovet məkanında, xüsusən Gürcüstan, Ukrayna və Qırğızıstan kimi post sovet respublikalarını sovurub içinə çəkən demokratik "rəngli" inqilablar ilə nüfuz dairəsinin itkisi də daxil idi - Rusiyada bir çoxları bu inqilabları Qərbin sui-qəsdi sayırlar. Buna görə KTMT-ni tez-tez NATO-nun «əkizi” adlandırırlar.

Kolumbiya Universitetinin professoru Aleksandr Cooley hesab edir ki, KTMT və AİB, Rusiyanın NATO və Avropa Birliyi kimi Qərb modellərini təqlid etmək cəhdləridir. Təşkilati mənada bu qurumlar həqiqətən də Qərbli oxşarlarının imici və bənzəri kimi yaradıldılar, baxmayaraq ki, eyni miqyasda uğurlarla öyünə bilmirlər. Buna baxmayaraq, onların yaranmasının əsl səbəbləri keçmiş sovet blokunda iqtisadi və təhlükəsizlik vəziyyətinin pisləşməsinə, soyuq müharibədən dərhal sonra başlayan inteqrasiya cəhdlərinin uğursuzluğuna gətirib çıxarır-bu ilk növbədə MDB-yə aiddir.
Bundan əlavə, Riçard Sakva Moskvanın “rədd olunma, itələnmə” hissi keçirməsinə və Soyuq Müharibə bitdikdən sonra daha effektiv Avropa birliyi yaratma fürsətini əlindən verdiyni göstərir. Bu epizoddan sonra Rusiya özünün itirilmiş nüfuzunun bərpası ilə üst-üstə düşən inteqrasiya cəhdləri etdi, həm də Moskva dünya gücləri arasında “özünün anadangəlmə haqqı olan” yerini almağa cəhd göstərir.  Rusiya beynəlxalq münasibətlərin "demokratikləşdirilməsi" naminə çıxış etdi və rəsmi sənədlərində ABŞ-ın rəhbərlik etdiyi birqütblü dünya nizamının əksinə olaraq, BMT və "çoxqütblü" dünya nizamının vacibliyini vurğuladı.
Eyni zamanda, Moskva qəbul etdi ki, belə bir dünya nizamında əhəmiyyətli oyunçu qalmağın ən yaxşı yolu - regional inteqrasiyada lider rolunu öz üzərinə götürməkdir, çünki ölkələrin konqlomeratları qlobal idarəetmədə daha yaxşı uyğunlaşıb.

Hal hazırda üç təşkilat görürük. Təhlükəsizlik sahəsində Moskva vəzifələri bariz şəkildə üst-üstə düşən iki qurumu yaratmağa nail oldu: AİB, KTMT və ŞƏT.
1992-ci ildə KTMT - üzvlərinə hər hansı xarici təhlükə olduqda üstünə bir-birinə dəstək olmaq öhdəliyi götürən saziş əsasında yaradılib. Lakin, bu kifayət etmədi və nəticədə bu müqavilə tam hüquqlu hərbi ittifaqa çevrildi - 2002-nin oktyabrında - katiblik və baş katiblə birlikdə NATO-ya bənzər inkişaf etmiş bürokratik aparat və funksiyalar. Yəqin ki, KTMT-nin ən vacib uğuru 2009-cu ildə birgə sürətli əks-hücum qüvvəsinin yaradılması oldu. O vaxtdan bəri, Moskva və tərəfdaşları çoxsaylı birgə hərbi təlimlər keçirdilər, bu müddət ərzində sülhməramlıların hərəkətləri, narkotik qaçaqmalçılığı və terrorla mübarizə tədbirləri sınaqdan keçirildi. Bu nailiyyətlərə baxmayaraq, təşkilatda Orta Asiyada strateji ölkə - Özbəkistanın olmaması və NATO-nun KTMT-ni əhəmiyyətli təhlükəsizlik təşkilatı kimi rədd etməsi ilə məhdudlaşır.
Digər tərəfdən, ŞƏT-i Çinin əvvəlcədən qeyri-iqtsadi təşkilat kimi əsasını qoyduğu və qurduğu nəzərə alınsa, Şanxay Əməkdaşlıq Təşkilatı “Çin layihəsi” adlanır. ŞƏT Rusiyanın hələ çox zəif olduğu bir vaxtda yaradıldı və Moskva başa düşdü ki, əgər kənarda qalsa, Çin istədiyi şeyi asanlıqla alacaq.
Buna görə Moskva bu təşkilatın həmtəsisçisi olmaq - Çin ilə paralel qərar vermək hüququnu ələ keçirmək qərarı aldı. ŞƏT keçmiş düşmənlər–Çin və Rusiya arasındakı gərginliyi azaltmaq, həmçinin sərhəd mübahisələrini həll etmək üçün əlverişli platforma olduğunu sübut etdi. Ayrıca,nəinki daxili və regional problemlərlə üzləşən, həm də Qərb dövlətlərinin insan haqlarının pozulmasına görə tez-tez tənqid etdiyi Moskva və Pekinin kiçik tərəfdaşlarına dəstək verdi. Qərblə münasibətlər pisləşdikcə, Rusiya ŞƏT-i getdikcə ABŞ-ın başında durduğu dünya nizamına, alternativ və böyük güc platforması kimi görür.
Bununla belə, Moskva, açıq şəkildə, hələ qərar verməyib və ŞƏT-ə qarşı tam dürüst deyil. Moskva bölgədə ŞƏT-in KTMT- yə alternativ təhlükəsizlik təşkilatı kimi yanaşmasını istəmir.
Digər tərəfdən, ŞƏT-in üzvlərini inkişaf etdirmək funksiyanın rəsmi tanınmasına baxmayaraq, Moskva bunu dəstəkləmir. Rusiya qəbul edir ki, Çinin Orta Asiyada nüfuzunun artmasının qarşısını almaq üçün onun imkanları məhduddur.


Bəzi ekspertlərin fikrincə, Rusiya Hindistanın ŞƏT-ə qəbul edilməsini ona görə dəstəklədi ki, Çinin ŞƏT daxilində üstün mövqedə olmasının qarşısını alsın, yeri gəlmişkən, həqiqətən də bu gediş təşkilat daxili rəqabətə təkan verərərək, Çinin istədiyi nəticəni alma cəhdlərini zəiflətdi. Beləliklə, belə təsəvvür yaranır ki, Rusiya ŞƏT-i limitli rolu olan, Qərbli olmayan dövlətlərin nüfuzlu klubu kimi saxlamaq istəyir.
Ümumiyyətlə, KTMT və ŞƏT-in vəzifələrinin kəsişməsi, həmçinin AİB-də qeyri-tarif problemləri var, Rusiyanın regional bloka başçılığını əsaslandıran ideologiyası yoxdur. Bununla belə, Avrasiya ittifaqının dəstəklənməsi üçün dəlil tapmaq olar.
Keçmiş sovet məkanında inteqrasiya-mahiyyətcə, bir-birindən iqtisadi asılılığı olan və bir vaxt eyni dövlətin tərkibində olan dövlətləri birləşdirmək cəhdidir. Bu faktor, bir-birinə yaxşı bələd olan dövlətlərin inteqrasiyasını sadələşdirir.
Nəticədə, Avrasiya ittifaqı barədə çox fikir ayrılığı var. Moskva bu proseslərin təşkili və maliyyələşdirilməsində həddən çox inadkarlıq göstərdi, onları təkmilləşdirməyə və öz geosiyasi, geoiqtisadi məqsədlərinə uyğunlaşdırmaq üçün çalışdı. Rusiyanın həlledici uğuru, onun tam nəzarət edə bilmədiyi amillərdən, əsas dünya gücləri arasındakı münasibətlərdən və kiçik tərəfdaşların daxili siyasi hesablarından asılı olacaq. 
"The Diplomat""(ABŞ)
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az