​Rusiya kəşfiyyatının axtardığı şəxs Bakıda saxlanıldı - Rüstəm Əmirov nədə ittiham edilir?

Baxış sayı:
3742

Azərbaycan Sərhəd Xidmətinin əməkdaşları Bakı aeroportunda Rusiya xüsusi xidmət orqanları tərəfindən beynəlxalq axtarışa verilən 37 yaşlı Mahaçqala sakini Rüstəm Əmirovu saxlayıblar.
Xəbəri saxlanılanın qohumuna istinadən “Kavkaz.Realiya” nəşri yayıb.
“İstanbula uçan zaman saxlanılıb. O, terror təşkilatına üzvlük ittihamı ilə İnterpol vasitəsilə axtarışa verilib”, - Əmirovun qohumu deyib.
İş adamı Rüstəm Əmirov 2016-cı ildə Rusiya ərazisini tərk edib, bir müddət Azərbaycanda yaşayıb, 2017-ci ildə isə Ukraynaya köçüb. 2018-ci ilin iyulunda şəxsi firmasının işi ilə əlaqədar Azərbaycana gəlib.