Rusiya kəşfiyyatının agenti Respublikaçılar partiyasının lobbiçiləri ilə sıx əlaqədə olub

Baxış sayı:
4603

ABŞ-da 2016-cı ilə prezident seçkiləri yaxınlaşdığı vaxtlarda Rusiya vətəndaşı olan və kəşfiyyat xidməti ilə əməkdaşlıq edən bir şəxs Vaşinqtonda konsaltinq firmasına rəhbərlik edib.
Muxalifət.az xəbər verir ki, bu barədə “The Daily Beast” onlayn qəzetinin materialında yazılıb.
Müəllif Laklan Markay Rusiyanın prezident seçkilərinə müdaxiləsini araşdıran prokuror Robert Müllerin də eyni qənaətdə olduğunu bildirir.
 “Begemot Ventures İnternational”-firmanın adı belədir. Bu şirkət 2015-ci ilin fevralında qeydə alınıb.
 “ABŞ paytaxtında fəlaiyyət göstərən digər şirkətlər kimi bu qurum da siyasi fəaliyyətlə maraqlanan insanlara xidmət göstəririmiş. Lakin digər firmalardan fərqli olaraq “Begemot” rəhbərliyi təkcə rusların təsir kampaniyasını həyata keçirməklə qalmayıb, həmçinin Donald Trampın prezident seçilməsində rol oynamış olduqca qaranlıq analitk bir şirkətlə bağlantılar qurub.
 “Həmin firmanın indi də tutduğu binada respulikaçıların xarici siyasət üzrə lobbiçisi və məsləhətçisi sayılan Sem Pettenin ofisi yerləşir. Həmin Sem Petten adı bu günlərdə Facebook sosial şəbəkəsinə bağlı insanların şəxsi hesablarının oğurlanması işinə qarışmış CambridgeAnalytica şirkəti ilə münasibətlər qurub. Sem Petten və “Begemot” təkcə qonşu deyillər. Peten həm də “Begemot”un iki rəhbərindən biridir.
 
Sem Petten
İkinci rəhbər isə Konstantin Kilimnikdir. Bu adam hazırda Rusiya hökumətinin 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı federal araşdırmanın mərkəzinə düşüb. Robert Müllerin bu yaxınlarda məhkəməyə təqdim sənəddə Kilimnikin Ruisya kəşfiyyatı ilə əməkdaşlıq etdiyi göstərilir.
Kilimnik vaxtilə Donald Trampın seçki qərargahının rəhbəri Pol Manafortla yaxın peşəkar münasibətlər qurub. Kilimnik Manafort və rusiyalı milyarder Oleq Deripaska ilə vasitəçi rolunu da oynayıb. Manafort isə seçkiqabağı kampaniyanın gedişatı barədə müntəzəm olaraq Oleq Deripaskaya məlumat verirmiş.
 
Oleq Derpaska, Pol Manafort
Petten və Kilimnikin münasibətləri isə az qala 20 ilə gedib çıxır. Hər ikisi vaxtilə Beynəlxalq Respublika institutnda (International Republican Institute), çalışıblar. Bu təşkilat respublikaçılar partiyasına yaxın hesab edilir.
İndi bu cür ittihamlar qarşısında Sem Pettenin hələ ki soyuqqanlı reaksiya göstərməsi diqqət çəkir:
“Mənim onun (Kilimnikin) rus agenti olduğu barədə şübhələnmək üçün əsasım yoxdur. Keçmiş DTK zabitinin rəhbərlik etdiyi bir ölkədə yaşayan və işləyən hər kəsi rus kəşfiyyatı ilə əlaqələndirmək olduqca gülüncdür. Eyni tərzdə Moskva metrosunda gəzən istənilən sərnişini günahlandırmaq olar”,- Sem Petten bildirib./Musavat.com