Rusiya kriminalının lideri “Quli”yə uduzub – “O, mənim qardaşımdır…”

Baxış sayı:
645

Rusiya kriminal aləminin lideri sayılan “gənc Şakro” ləqəbli “qanuni oğru” Zaxari Kalaşovun Nadir Səlifova (“Quli”) qarşı qurduğu plan baş tutmayıb.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Kalaşovun nüfuzlu “qanuni oğruları” “Quli”yə qarşı qaldırmaq cəhdi uğursuzluqla nəticələnib və onun özünə qarşı çevrilib.

Xəbər verilir ki, “Şakro”nu hərəkətə gətirən əsas səbəb bu il avqustun 26-da Türkiyədə baş verən hadisə olub. Belə ki, həmin gün Səlifovla görüş zamanı 35 yaşlı “qanuni oğru” Quram Çixladzenin (“Kvejoviç”) döyüldüyü bildirilir. Bu işin şəxsən Səlifov deyil, onun yaxın ətrafına aid olan Arman Cumagəldiyev (“Vəhşi Arman”) tərəfindən törədildiyi iddia olunur. Səbəb kimi Çixladzenin özünü “Quli” ilə görüşdə həddindən artıq pis aparması, öz hərəkətlərilə qıcıq yaratması göstərilib.

shakro-malodoy-

Buna cavab olaraq, Moskva “qanuni oğrularından” olan Badri Koquaşvili (“Kutaiski”) “Quli”nin oğru titulundan məhrum edilməli olduğunu bildirib. Və Zaxari Kalaşov da onu dəstəkləyərək, Çixladzenin döyülməsinin onun özünə vurulan sillə hesab etdiyini deyib.

Lakin “Şakro”nun bu hadisədən istifadə edərək kriminal avtoritetləri “Quli”yə qarşı qaldırmaq cəhdi əks effekt verib. Əsas nüfuzlu oğrular Səlifovun tərəfini tutublar. Rusiya mətbuatı yazır ki, əksinə, bu hadisə nəticəsində “Quli”nin nüfuzu daha da artıb və hətta Səlifovla daha bir nüfuzlu qruplaşmanın lideri olan Merab Canqveladzeni (“Suxumski”) daha da yaxınlaşdırıb.

“Praym Kraym” yazır ki, Kalaşovla telefon söhbəti zamanı Canqvaladze açıq şəkildə Səlifovu dəstəklədiyini bildirərək, “o, mənim qardaşımdır” deyib. Hətta əlavə edib ki, “Şakro”nun oğruları tez-tez üz-üzə qoymaq cəhdlərindən və bunun üçün qurduğu oyunlardan təngə gəlib.