Rusiya kosmosa OVÇU PEYK yollayır

Rusiyanın Federal Kosmik Agentliyi orbitə buraxılan istənilən kosmik gəmi və peyklərin yaxınlığına gedərək "casus" funksiyasını yerinə yetirə və lazım olan informasiyaları bazaya ötürə bilən hərbi kəşfiyyat peykini uğurla sınaqdan çıxarıb.
Rusiyanın Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, həbi kəşfiyyat peyki orbitə göndərilib.
Sınaq zamanı kontinental və istiqaməti müəyyənləşdirən rabitə sistemləri, balistik hesablama üsulları da tesd edilib. Hərbi kəşfiyyat peykinin platformadan avtomatik çıxışı, uzaqdan idarə edilən sistemlə təchiz edilməsi, informasiya emalını son dərəcə sürətlə ötürməsi onun digər peyklərdən üstün olduğunu göstərir.
İndiyə qədər "Kosmos-2519" adlı platformadan atılan və avtomatik uçuşa keçən peyk ətrafdakı casus peyklərinin fəaliyyətlərini müəyyən edərək onları "ovlayırdı". Bu ABŞ tərəfindən hazırlanan xüsusi hərbi kəşfiyyat peyki idi. Proqramın məqsədi ekstrimal vəziyyətdə ABŞ-ın hər hansı raket hücumu haqqında kosmos üzərindən məlumatlarının oğurlanmasının qarşısını almaqdır.