​Rusiya kasıb ölkədir - JİRİNOVSKİ

Baxış sayı:
788

Qırğızıstanın borclarını silmək əvəzinə İssık-Kul gölünü ondan kirayə götürmək olardı.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
“Yenə də borcları silirik. Belə etmək olmaz. Rusiyanı çiçəkləndirmək üçün heç kimə vermək lazım deyil. Onlar özləri buraya qaçacaqlar ki, xoşbəxt və varlı ölkədə yaşasınlar. İndi isə Rusiya kasıbdır, amma başqalarının borclarını silir. Mən əvvəllər dəfələrlə təklif etmişəm ki, Qırğızıstanın İssık-Kul gölü var və biz onu borcun silinməsi qarşılığında 99 illik arendaya götürə bilərik. Biz oraya pulsuz şəkildə öz təqaüdçülərimizi, əlillərimiz və tələbələrimizi göndərəcəyik” – deyə o bildirib.
Qeyd edək ki, dünən Rusiya Duması Qırğızıstanın Moskvaya olan 240 milyon dollarlıq borcunun silinməsi haqqında razılaşmanı təsdiq edib.