Rusiya İstintaq Komitəsinin polkovnikinin öldürülmə anı - VİDEO / YENİLƏNİB

Baxış sayı:
17824

Rusiyanın paytaxtı Moskvada İstintaq Komitəsinin polkovniki Vladislav Kaputinə edilən hücumun görüntüləri yayılıb. Virtualaz.org Ren.tv-yə istinadən bildirir ki, hadisə bu gün Kaputinin Moskvada vətəndaşları qəbulu zamanı baş verib. Sergey Qriqoryev adlı şəxs polkovnikə bıçaqla hücum edərək, ona kürəyindən xəsarət yetirib və hadisə yerindən qaçmağa cəhd edib. Yaralı halda xəstəxanaya çatdırılan polkovnik ölüb. Hadisəni törədən şəxs həbs olunub. * * * 14:58 Bu gün oktyabrın 1-də Moskvanın mərkəzində Rusiya İstintaq Komitəsinin müstəntiqi, polkovnik Vladislav Kapustin bıçaqlanıb. Hadisə İstintaq Komitəsinin binası qarşısında baş verib. Polkovnik Kapustin şikayətə gələn vətəndaşları qəbul edirmiş, bu zaman kimliyi məlum olmayan şəxs arxadan ona hücum edərək bıçaqla zərbə endirib. Hücum binanın girişində baş verib, ürək nahiyəsindən yaralanan polkovnik xəstəxanaya çatdırılıb. Həkimlər onun üzərində cərrahiyə əməliyyatı aparsalar da həyatını xilas edə bilməyiblər. Polkovniki bıçaqlayan şəxs hadisə yerindən qaçmağa çalışıb, amma saxlanılıb. Həmin şəxsin 39 yaşlı Sergey Qriqoryev olduğu bildirilir. Bu şəxs dəfələrlə İstintaq Komitəsinə müraciət edib, istintaqdan şikayətlər yazıb.