​Rusiya: İsraili S-300-lərlə cəzalandırmırıq

Baxış sayı:
274

S-300 sistemlərinin Suriyaya tədarükü Rusiya hərbçilərinin müdafiəsi üçün nəzərdə tutulub.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov deyib. Onun sözlərinə görə, Moskva Dəməşqə bu sistemləri İsraili cəzalandırmaq üçün verməyib.
Qeyd edək ki, Rusiyanın İl-20 təyyarəsinin Suriyada partlamasından dərhal sonra Moskva İsrailə qarşı sərt ittihamlar səsləndirib. Bundan sonra Rusiya Suriyaya S-300 sistemlərini göndərib.