Rusiya-İsrail gərginliyi artır: Şoyqu Libermana zəng etdi

Baxış sayı:
4969

“Rusiya İsrailə qarşı cavab addımları hüququnu özündə saxlayır”. 
Muxalifet.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu İsrailin müdafiə naziri Aviqdor Libermanla telefon danışığı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya adekvat fəaliyyət hüququnu özündə saxlayır. Qeyd edib ki, İsrail qırıcıları Rusiyanın “İl-20” təyyarəsinin arxasında gizlənərək onu Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin zərbəsi qarşısında qoyublar. 
General əlavə edib ki, İsrail hərbçilərinin məsuliyyətsiz hərəkətləri nəticəsində Rusiyanın 15 hərbi qulluqçusu həlak olub və bu, Rusiya-İsrail tərəfdaşlığının ruhuna uyğun deyil. 
İsrail Müdafiə Nazirliyi Şoyqu və Liberman arasında baş tutan telefon danışığını təsdiqləyib, lakin söhbətin məzmunu barədə açıqlama verməyiblər.