Rusiya İŞİD-in üzərinə bu təyyarələrini göndərdi

Rusiyanın 6 ədəd Tu-22M3 bombardmançı təyyarələri Suriyanın Deyr əz Zor bölgəsindəki İŞİD mövqelərini bombardman edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“26 noyabr 2017-ci il tarixində 6 ədəd Tu-22M3 bombardmançısı Deyr əz Zordakı İŞİD mövqelərinə zərbələr endirib. Rusiyadakı hava bazasından qalxan təyyarələr Fərat çayı yaxınlığında terrorçulara aid istehkam qurğularınə və toplanma nöqtələrini darmadağın edib”, - nazirlikdən bildirilib.