"Rusiya İŞİD-dən daha təhlükəlidir" – MAKKEYN

Rusiya Federasiyası azad dünyanın dostu olaraq qəbul edilmir və İŞİD-dən daha çox təhlükə təşkil edir.
 
Bu sözləri amerikalı senator Con Makkeyn deyib.
“İŞİD kimi terror qruplaşmaları həmişə təhlükəlidir. Onlar hücum etməyə davam edəcəklər, ancaq onların dünyanı idarə etmək arzusunu reallaşdırmaq imkanları, texnikaları və ambisiyaları yoxdur. Rusiyanın isə var. Rusiya azad dünyanın dostu olaraq qəbul edilmir”, - Makkeyn bildirib.