"Rusiya işğalçı qüvvələri işğal xətti boyunca aktiv surətdə sərhədləşdirmə aparır…” – GÜRCÜSTAN DTX-DAN MOSKVAYA ETİRAZ

Baxış sayı:
640

Gürcüstanın Cənubi Osetiya ilə sərhəddində - Qori rayonunun Erqneti kəndində "Hadisələrin Qarşısının Alınması və Müdaxilə Mexanizmi" çərçivəsində 104-cü toplantı keçiriləcək.

Muxalifet.az xəbər verir ki, iclasda Gürcüstanın mərkəzi hökumətinin nümayəndələri qeyri-qanuni sərhədləşdirmə prosesinə etiraz edəcəklər. Bundan əlavə, Gürcüstan vətəndaşlarının qanunsuz saxlanılması faktları müzakirə olunacaq.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya və Analitika Departamentinin direktor müavini İrakli Antadzenin sözlərinə görə, işğal xəttində və işğal olunmuş ərazilərdə işğalçı qüvvələrin həyata keçirdiyi dağıdıcı hərəkətlər regionda təhlükəsizlik vəziyyətinə xələl gətirir.

İrakli Antadze bildirib ki, görüşdə qanunsuz həbsdə olan ölkə vətəndaşlarının vəziyyətinin müzakirəsinə xüsusi önəm veriləcək və əsas vurğu yenidən aktiv fazaya qədəm qoyan qeyri-qanuni sərhədləşdirmə prosesinə veriləcək. Son bir ildə baş verən bütün hadisələrə, eləcə də Kirbalidə gedən dağıdıcı, mənfi proseslərə də toxunacaq.

"Rusiya işğalçı qüvvələri işğal xətti boyunca aktiv surətdə sərhədləşdirmə aparır ki, bu da süni sərhəd xəttinin qurulmasında ifadə olunur. Bu proses həm də vətəndaşlarımızın qanunsuz həbsi ilə bağlıdır, bu işğalın nəticəsidir, buna görə bütün məsuliyyət Rusiya hakimiyyətinin üzərinə düşür”, - deyə İrakli Antadze bildirib.

Hazırkı məlumata görə, işğal olunmuş Sxinvalidə 6 Gürcüstan vətəndaşı - Mamuka Çxikvadze, Zaza Meqrelişvili, Tamaz Qoqiçaşvili, Kaxaber Natadze, Vladimir Kaniaşvili və Laşa Xetereli həbsdədir.