"Rusiya İranı Suriyanı silmək istəyə bilər” – İran millət vəkili

Baxış sayı:
16234

İslahatçılar qanadından Tehran millət vəkili Əli Rza Mahcub “İsrail, ya da digər dövlətlərin Suriyada necə bir rol oynadığını və oradakı ölkələrin gələcəkdə nə kimi bir mövqeyə sahib olacaqlarını bilmənin çətin olduğuna işarə edərək, "İsrailin Suriyada nə qədər nüfuza sahib olduğunu və Rusiya ilə Suriyada necə bir rol oynamaq istədiyini bilmək çətindir " detə bildirib.
 
Məhcub Rusiyanın İranı Suriyadan çıxarmaq iddialarını belə qiymətləndirib:
"Rusiya həqiqətən də İranı Suriyadan silmək istəyə bilər, lakin bunun praktikada reallaşmasının nə qədər mümkün olduğuna baxmamız lazımdır. Rusiyanın İsrail ilə görüşməsi və onlarla əməkdaşlıq etməsini nə təsdiq edə bilərik, nə də inkar".
İsrailin İrana qarşı olan düşmənçiliyinin inkar edilməz olduğunu ifadə edən Mahcub, "Suriya məsələsi bir nəticəyə çatdığında, yalnız İran deyil, bütün xarici dövlətlərin hərbi aktivlərinin bu ölkədə sona çatmasına ehtiyac olacaq. Hərbi güclərimizin İran xaricində hər hansı bir ölkədə olması tərəfdarı deyilik. Ancaq nə qədər yaxın olsaq, İsrailin nəzarət edilməsi və hücumlarının zərərsizləşdirilməsi o qədər asanlaşar" deyib.
Müxalifət.az