​Rusiya, İran və Türkiyədən Suriya həmləsi

Soçidə baş tutacaq Suriya sammitinə hazırlıqla bağlı İran və Türkiyə xarici işlər nazirləri ilə birlikdə Antalyada toplantı keçirəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
“Suriya böhranı ilə bağlı aktiv şəkildə aparılan Astana prosesində əldə etdiyimiz nəticələri müzakirə edəcəyik. Astana prosesi sayəsində Suriya hakimiyyəti ilə müxalifəti arasında görüşlər başladıla bilər”, - XİN rəhbəri bildirib.
Qeyd edək ki, Rusiya, Türkiyə və İran liderlərinin iştirakı ilə Soçidə Suriya böhranının həlli ilə bağlı sammit keçiriləcək.