Rusiya ilk dəfə göstərdi: düşməni kor edən silah

Baxış sayı:
2404

“Zvezda” telekanalı “Filin” vizual-optik stansiyasının sınağı ilə bağlı video yayımlayıb.
Muxalifet.az xəbər verir ki, sözügedən silah gecə vaxtı 5 km-yə qədər məsafədə hədəfləri, gecəgörmə qurğularını, tank əleyhinə idarə olunan raket sistemlərini neytrallaşdıra qabiliyyətinə malikdir. Belə ki, ilk növbədə gəmidə güclü projektor işə salınır. Daha sonra müdaxilə rejiminə çevirilir ki, bu da düşməni kor edə, hətta onda hallusinasiya halı yarada bilər.
Məlumata görə, qurğu artıq bir neçə Rusiya gəmisində quraşdırılıb.
Qeyd edək ki, “Filin” Rusiyanın “Rostex” dövlət şirkəti tərəfindən hazırlanıb. Silahın ilk dəfə nümayiş olunduğu qeyd edilib.