Rusiya ilə Yunanlar arasında böhran!

Baxış sayı:
4585

Rusiyadan bəzi sərmayəçilərin Yunan Kipri rəhbərliyinə Limasolda inşa ediləcək kilsə üçün göndərdiyi pulların itdiyi ortaya çıxıb. Söz mövzusu hadisə Yunan rəhbərliyi ilə Rusiya arasında diplomatik böhrana səbəb olub. Pulların itməsi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Yunan Kiprində ana müxalifət partiyası olan AKEL-in baş katibi Andros Kiprianu ilə etdiyi görüşdə gün üzünə çıxıb.
 
Yunan mediasının 'Sirr' olaraq manşetdən verdiyi xəbərə görə, Lavrov Kiprianu ilə Moskvada reallaşan görüşündə Rus sərmayəçilərin Limasolda kilsə inşası üçün “FBME” bankına yatırtdığı pulları gündəmə gətirib. Pulların itdiyini ifadə edən Lavrovun mövqeyinə diqqət çəkən Yunan mediası, "ilk dəfə və bir super güc tərəfindən belə bir mövzudan danışıldığına" vurğu edib.
 
"Rusiya pulları geri istəyir"
 
Lavrov ilə görüşü haqqında açıqlama verən Kiprianu, Lavrovun sözlərini qeyd edərək "Rus sərmayəçilərin göndərdiyi pullar itdi. Lavrov mənə, 'Mövzu ilə əlaqədar keçmişdə Yunan hökuməti nəzdində cəhd etdik. Hökumətin pulların geri verilməsi üçün hərəkətə keçməsini gözləyirik' dedi" şəklində ifadə edib.
Kilsə tikmək istəyən Rus sərmayəçilərin pulları mövzusunun şəxsən Rusiya Xarici İşlər naziri tərəfindən açılmasını 'Çaşdırıcı' deyə xarakterizə edən Yunan mediası, "Çünki bir kilsə inşası üçün lazım olan pul dünyanın ikinci super gücü, ölkənin birinci sinif siyasi şəxsiyyətlərini hərəkətə keçirəcək məbləğdə olmaz" deyə şərh edib.
Yunan mediası Rusiyanın geri istədiyi pulun miqdarının da öyrənə bilmədiklərini də yazıb. Kiprianu-nun da bu mövzuda məlumat vermədiyinə işarə edilib.
Müxalifət.az