Rusiya ilə Türkiyə Suriya üzrə komissiya yaradıblar

Rusiya ilə Türkiyə Suriya böhranının nizamlanması üzrə komissiya yaradıblar.
"RİA Novosti" xəbər verir ki, komissiyanın ilk iclası avqustun 11-də Moskvada keçiriləcək.
Məlumata əsasən, komissiyaya diplomatlar, hərbçilər, kəşfiyyat nümayəndələri daxildir.
Komissiyanın yaradılmasına dair qərar avqustun 9-da Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburqdakı görüşü zamanı verilib.