​Rusiya ilə Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sahəsində müqavilə imzaladı

İran Riyadı hədəfə alan yəmənli husilərə raket verir, Rusiya isə Səudiyyəni hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək
Muxalifət.az xəbər verir ki, Rusiya ilə Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sahəsində müqavilə imzaladıqları bildirilib.
Rusiyanın hərbi və texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitri Şuqayev “Rossiya 24” kanalına müsahibəsində deyib: “Səudiyyə Ərəbistanı ilə hava hücumundan müdafiə sistemində və başqa sahələrdə müqavilələr imzalanıb”.
Lakin Şuqayev söhbətin hava hücumundan müdafiə sisteminin hansı modelindən getdiyini bildirməyib.
Bundan əvvəl isə rusiyalı mənbələr Səudiyyə Ərəbistanı ilə S-400 hava hücumundan müdafiə sistemləri məsələsində razılaşma əldə elədiklərini, müqavilənin isə yaxın günlərdə imzalanacağını bildirmişdilər./Hurriyyet.org/