“Rusiya ilə müharibə başlandı” deyə, GÜMAN ETDİLƏR

Baxış sayı:
4177

Norveçin şimalında Rusiya sərhədi yaxınlığında yerləşən Vads şəhərində anidən çalan həyəcan siqnalı vətəndaşlara narahatçılıq dolu anlar yaşadıb.
 
Həyəcan siqnalı saat 23.50 radələrində çalmağa başlayıb. Həyəcan siqnalının təxminən 15 dəqiqə çaldığı bildirilib. Bir çox şəhər sakininin həyəcan siqnalının səsini eşidəndə "Rusiyanı düşünməyə başladığı” bildirilib.
Polis məmuru Yan-Oleq Schelberg, "Əlbəttə, bəziləri ən pisini gözləyirdi, misal üçün, müharibənin başladığını düşünürdü" - deyib. Narahat vətəndaşlardan çoxsaylı zənglər və məlumat aldıqlarını deyən Schelberg, mülki müdafiə qüvvələrini aradıqlarını, amma həyəcan siqnalının hansı səbəbə çaldığı məlumatını ala bilmədiyini söyləyib.
Xəbərə görə, Vadsda bir neçə həyəcan siqnalının olduğunu və yalnız birinin çaldığını bildirib.
Müxalifət.az