​Rusiya ilə əməkdaşlıq tam qələbəyə kimi davam edəcək - Ruhani

Rusiya ilə Suriyadakı əməkdaşlıq terror qarşısında tam qələbə əldə edilənə qədər davam edəcək.
Muxalifet.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.
İranın Rusiyanın qonşusu və strateji tərəfdaşı olduğunu bildirən Ruhani Moskvanın İranın nüvə proqramı müqaviləsini müdafiə etməkdə önəmli rol oynadığını vurğulayıb.