“Rusiya ilə ilk ortaq patrul nəzarəti 15 martda keçiriləcək!” - Türkiyənin müdafiə naziri

Baxış sayı:
3043

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyanın nümayəndə heyəti ilə görüş barəsində belə deyib: “Hazırlanan mətni hər iki tərəf imzaladı. Razılaşma qüvvəyə mindi. İlk tətbiqini 15 mart tarixində M4-də ortaq patrul nəzarətində görəcəyik”.

Akar deyib: “Rusiya ilə birgə koordinasiya mərkəzləri qurulacaq və buradakı fəaliyyətlər birlikdə idarə ediləcək. Məqsədimiz İdlibdə atəşkəsin daimi olmasıdır. Bu istiqamətdə öhdəmizə düşən bütün vəzifələri yerinə yetirəcəyik. Məsələyə konstruktiv şəkildə yaxınlaşırlar. İdlibdən köçün dayandığına, hətta geri dönüşlərin olduğu barəsində məlumatlar var”/Hurriyyet.org.